Kremldən nüvə xəbərdarlığı: "Risk olduqca yüksəkdir"

   Kremldən nüvə xəbərdarlığı:    "Risk olduqca yüksəkdir"
  26 Fevral 2025    Oxunub:382
"Nüvə gücləri arasında hərbi toqquşma riski son dərəcə yüksəkdir".
"Gazeta"nın yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin konfransda çıxışı zamanı deyib.

Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Diplomat bəşəriyyətin mənfi yöndə xeyli dəyişdiyini xatırladıb. Verşininin sözlərinə görə, BMT-nin 80 illik yubileyi öncəsi dünya beynəlxalq təhlükəsizlik sahəsində ciddi böhran içindədir:"Vəziyyət acınacaqlı şəkildə və sürətlə pisləşir. Nüvə gücləri arasında birbaşa hərbi toqquşma riski son dərəcə yüksəkdir".

XİN rəsmisi dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artmasından da gileylənib.

Xatırladaq ki, bir neçə gün öncə “Daily Express” Böyük Brtiyaniyanın nüvə müharibəsinə hazırlaşması barədə məqalə dərc etmişdi. Müəllif yazıb ki, ingilis mütəxəssislər hətta Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda nüvə partlayışı baş verəcəyi təqdirdə yaranacaq fəsadlarla bağlı araşdırma da aparıblar. Nəşr 800 kiloton tutumlu Topol SS-25 nüvə bombasının istifadəsi halında dörd məhvetmə zonasını müəyyənləşdirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Bu müharibə dünyanı növbəti dəfə nüvə təhlükəsi ilə üz-üzə qoyub. Çünki Kreml dəfələrlə Qərbi ehtiyac yaranacağı təqdirdə nüvə silahlarını işə salacağı ilə hədələyir.

Tural Tağıyev


Teqlər:   Nüvə   Rusiya   XİN   Dünya  





Xəbər lenti