Tovuzdakı yanğınla bağlı FHN-dən açıqlama

Tovuzdakı yanğınla bağlı FHN-dən açıqlama
  25 İyul 2014    Oxunub:917
Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan kürsülü birmərtəbəli 2 otaq, aynabənd və artırmadan ibarət evin yanar konstruksiyaları yanıb.
AzVision.az FHN-in saytına istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Kazımova Məsumə Kazım qızının yanmış cəsədi yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər hadisə yerinə çatana qədər 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə qonşular tərəfindən mərkəzi rayon xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunyb. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti