Bu il Ağdama 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur

   Bu il Ağdama 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  26 Fevral 2025    Oxunub:356
Sadəcə olaraq, bu il ərzində Ağdam şəhərinin ətrafında olan üç kəndə və Ağdam şəhərinin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O bildirib ki, ümumilikdə 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsi nəzərdə tutulur.

"Füzuli şəhərində də işlər davam edir. Füzuli şəhərində birinci yaşayış kompleksi artıq inşa olunub. Bu gün işğaldan azad olunmuş ərazilərdə ən çox əhali - 3132 nəfər Füzuli şəhərində məskunlaşıb. Hazırda onların əksəriyyəti işlə təmin olunub. Füzuli şəhərində yaşayan əhali arasında işsizlik səviyyəsi doqquz faizdən aşağıdır. Bu onu göstərir ki, artıq Füzuliyə həyat qayıdıb.

Amma bununla paralel olaraq deməliyəm ki, ikinci və üçüncü yaşayış məhəllələrinin də layihələndirilməsi tam sürətlə icra olunmaqdadır. Şəhərdə cək Mərkəzi Park, İşğal və Zəfər muzeyləri layihələri, peşə məktəbinin, uşaq bağçasının inşası tam sürətlə həyata keçirilir”, - deyə Emin Hüseynov vurğulayıb.

O diqqətə çatdırıb ki, Füzuli rayonunda artıq Dövlətyarlı kəndinin layihəsi icra olunmağa başlayıb, tikinti prosesi gedir. Bu yaxınlarda Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. Ümid edirik ki, bu il Qaraxanbəyli kəndinin layihəsi tezliklə hazırlanaraq icrasına başlanılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti