2 ölü, 14 yaralı və 37 nəfər həbs edildi

2 ölü, 14 yaralı və 37 nəfər həbs edildi
  25 İyul 2014    Oxunub:858
İyulun 23-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 66 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.


Teqlər:





Xəbər lenti