Rusiya ordusu Donetsk istiqamətində surətlə irəliləyir

   Rusiya ordusu Donetsk istiqamətində surətlə irəliləyir
  26 Fevral 2025    Oxunub:415
Ruslar Ukraynanın şərqində irəliləyir və Donetsk vilayətinin Komarski rayonunun Novooçeretovatoye kəndini zəbt edə biliblər.
Bu barədə DeepState məlumat yayıb.

Ukrayna Rusiyanın ən yaxşı XTQ komandirlərindən birini məhv edib
Qeyd edilib ki, bundan əlavə, düşmən Preobrajenka yaxınlığında və Topolidə də irəliləyib. DeepState həmçinin Rusiyanın Bolşaya Novosyolka ərazisində aktivliyinin artdığını yazıb.

Məqalədə o da qeyd olunub ki, son bir həftə ərzində ruslar demək olar ki, hər gün Velikoy Novoselkadan şimala doğru irəliləyirlər: "Onlar kəndi ələ keçirdikdən sonra ehtiyat qüvvələrini toplamağa, yenidən güclü şəkildə qruplaşmağa başlayıblar. Ən böyük təzyiq Skudnı və Burlatski istiqamətində edilir".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az




Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti