İlon Mask: “Kanada həqiqi ölkə deyil”

      İlon Mask:    “Kanada həqiqi ölkə deyil”
  25 Fevral 2025    Oxunub:326
Amerikalı milyarder və Amerika Hökumətinin Səmərəliliyinin Artırılması Departamentin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində Kanadanı “real olmayan ölkə” adlandırıb.
AzVision.az bildirir ki, İlon Mask 170 mindən çox kanadalının baş nazir Castin Trüdodan onun Kanada vətəndaşlığından çıxarılmasını xahiş edən rəsmi hökumət petisiyasını imzalaması xəbərinə belə reaksiya verib. İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək.

Ağsaqqal Trampı söhbətə çağırdı: "Özünə gəl!"
Sənədin müəllifləri qeyd edirlər ki, 1989-cu ildə Kanada vətəndaşlığını almış Mask bu ölkənin maraqlarına xələl gətirən hərəkətlər edib. Xüsusilə, Kanadanın suverenliyinə xələl gətirmək istəyən xarici hökumətin üzvü olub və seçkilərə müdaxilə edib.

“The Guardian” qəzeti yazır ki, kanadalılar sahibkarın Ağ Evə qayıtdıqdan sonra dəfələrlə Kanadanı 51-ci Amerika ştatına çevirməklə hədələyən Trampla sıx ittifaqından hiddətləniblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Mask   Kanada  





Xəbər lenti