Cəbhədə vəziyyət gərgin olaraq qalır

  22 Aprel 2013    Oxunub : 247
Cəbhədə vəziyyət gərgin olaraq qalır
Ermənilər atəşkəs rejimini növbəti dəfə pozub
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Alxanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Teqlər: