ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı
![ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı](https://azvision.az/photos/2025/02/PERR-1739886659.jpg)
“ABŞ və Rusiya üç mərhələli sülh planı təklif edir. Bu plana atəşkəs, Ukraynada seçkilər, daha sonra isə yekun razılaşmanın imzalanması daxildir”, – mənbələrə istinad edən Haynriç “X” sosial şəbəkəsində yazıb.
Müxbir bildirib ki, Moskva və Vaşinqton Ukraynada seçkilərin keçirilməsi şərtini uğurlu nizamlanma prosesinin açarlarından biri hesab edirlər.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları başa çatıb. Rusiyanı Xarici İşlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Amerika tərəfi prezident Donald Trampın Milli Təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts, Dövlət katibi Marko Rubio və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla təmsil olunub.
Sahil İsgəndərov
AzVision.az