Patruşev: "Qərb Qara və Baltik dənizlərini NATO sularına çevirmək istəyir"

    Patruşev:    "Qərb Qara və Baltik dənizlərini NATO sularına çevirmək istəyir"
  18 Fevral 2025    Oxunub:656
İngilislər Şimali Atlantika Alyansındakı müttəfiqləri ilə birlikdə Rusiya ilə uzunmüddətli qarşıdurmaya dəstək adı altında Ukraynanı işğal etməyə və Qara dənizi NATO-nun daxili sularına çevirməyə çalışırlar.
Bunu Rusiya Dəniz Kollegiyasının rəhbəri, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev aif.ru-ya müsahibəsində deyib.

Baltik kabelini zədələyən gəmi saxlanıldı: Ekipajı ruslardır
"Onlar Avropa ölkələrində qanunvericiliyə bəzi dəyişiklikləri tətbiq etməyə çalışırlar. Bu, əslində gəmilərin ətraf mühitə və dəniz infrastrukturuna hipotetik ziyan vura biləcəyinə dair ən kiçik bir şübhə ilə Baltik dənizində Rusiya gəmilərinin həbsini nəzərdə tutan dəyişikliklərdir",- Patruşev qeyd edib.

Siyasətçinin sözlərinə görə, Qərb uzun müddətdir ki, Rusiyanı Baltikyanı ölkələrdən sıxışdırıb çıxarmaq üçün səbəblər axtarıb: "Lakin onları tapa bilmədiyindən, mahiyyətcə Rusiya gəmilərinin pirat yolla saxlanılması üçün motivlər uydurmağa qərar verdilər. Təbii ki, Rusiya dost olmayan ölkələrin bu hərəkətlərini diqqətlə izləyir və əks tədbirlər hazırlayır", - Dəniz Kollegiyasının rəhbəri əmin edib.

Rusiya rəsmisi onu da vurğulayıb ki, Qərb ölkələri Ukraynanı özlərinin “protektoratına” çeviriblər ki, bu da anti-Rusiya təcavüzü hazırlamaq üçün tramplin olub.

Rusiya liderinin köməkçisi əlavə edib ki, bu yanaşma ilə Ukraynanın dövlətçiliyi o qədər sarsılıb ki, bu gün o, yalnız Qərb müttəfiqlərinin dəstəyinə arxalanır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Rusiya   Baltik  





Xəbər lenti