Papperger həyəcan təbili çalır

Bununla belə, “Rheinmetall” konserninin rəhbəri qeyd edib ki, Avropada silaha tələbat yüksək səviyyədə qalacağına görə, hətta münaqişə tərəfləri arasında atəşkəs əldə olunsa belə, onun şirkəti bundan faydalanacaq.
“FT”-nin yazdığına görə, “Rheinmetall” şirkətinin Ukraynada münaqişə başlayandan sonra, demək olar ki, dörd dəfə artan səhmlərinin qiyməti ABŞ prezidenti Donald Trampın sülh danışıqları planının ötən həftə açıqlanmasından sonra əvvəlcə aşağı düşdü.
“Lakin investorların ABŞ-nin Avropa təhlükəsizliyinin qarantı kimi uzunmüddətli rolundan geri çəkilməsi ilə bağlı artan narahatlıqları fonunda Avropa hökumətlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmalı olacağına dair iddialara görə Avropanın müdafiə səhmlərinin, o cümlədən Rheinmetall konserninin məzənənsi yenidən artdı”, - nəşr vurğulayır.
Moskvanın fikrincə, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və bu, “odla oynamaq” deməkdir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Kreml Ukraynanın Qərb silahları ilə doldurulmasının danışıqlara kömək etmədiyini, əksinə bunu əngəlləyəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: “Rheinmetall” Aİ Ukrayna