FT: “Aİ sammitində qarşıdurma yaşanıb”

      FT:    “Aİ sammitində qarşıdurma yaşanıb”
  18 Fevral 2025    Oxunub:716
Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Ukrayna üzrə Parisdə keçirilən qeyri-rəsmi fövqəladə sammitdə Avropa dövlətlərinin başçıları arasında mübahisə düşüb.
AzVision.az xəbər verir ki, “Financial Times” nəşri belə məlumat yayıb.

“Ukraynaya qoşun yeritməsi ilə bağlı fövqəladə iclasda Avropa ölkələrinin liderləri arasında ixtilaf yaranıb. Halbuki, sammitin məqsədi ABŞ prezidenti Donald Trampın Rusiya ilə sülh danışıqlarına reaksiya barədə ortaq mövqe əldə etmək idi", - qəzetdə dərc olunan materialda deyilir.

Materialda bildirilir ki, Almaniya, İtaliya, Polşa və İspaniya Ukraynaya öz silahlı qüvvələrinin göndərilməsinə qarşı çıxıblar.

Amma bundan bir gün əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynanın təhlükəsizliyinin təminatı üçün, lazım gələrsə, Londonun ora qoşun yeritməyə hazır olduğunu bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   sammit   ixtilaf  





Xəbər lenti