Dünya Bankı Qəzzaya dəyən ziyanı açıqlayacaq

   Dünya Bankı Qəzzaya dəyən ziyanı açıqlayacaq
  18 Fevral 2025    Oxunub:705
Dünya Bankı İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzza zolağında infrastruktura dəyən ziyanın qiymətləndirilmə hesabatını yaxın günlərdə açıqlayacaq.
Bankın əməliyyatlar üzrə icraçı direktoru Anna Byerdenin sözlərinə görə, hesabat Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) ilə birlikdə hazırlanıb.
HƏMAS Qəzzada hakimiyyəti təhvil verib

Dünya Bankı daha əvvəl ötən ilin aprelində Qəzzaya müharibənin ilk dörd ayı ərzində dəyən ziyanı 18,5 milyard dollar həcmində göstərmişdi. Gözlənilən hesabatın isə daha dolğun icmal irəli sürəcəyi vurğulanır.

Xanım Byerde həmçinin diqqətə çatdırıb ki, Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyanın yenilənmiş həcmi də fevralın 25-də ictimaiyyətə bildiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Dünya-Bankı   Qəzza   hesabat  





Xəbər lenti