Digər tərəfdən, İsrail hökumətinin adı gizli saxlanılan nümayəndəsinin "The Times of Israel" xəbər saytına verdiyi açıqlamaya əsasən, İsrail qoşunlarının sabaha Livandan çəkilməsi nəzərdə tutulur. Eyni zamanda, strateji işlər naziri Ron Dermerin sözlərinə görə, İsrail Ordusu Livanın cənubundakı beş strateji nöqtədə qalmağa davam edəcək.
![]() |
WSJ: "İran "Hizbullah"a çamadan-çamadan dollar ötürür" |
Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Sözügedən əlavə möhlət sabah başa çatacaq.
Yaxın günlərdə "Hizbullah"ın da öz qüvvələrini Livanın cənubundan çəkəcəyi gözlənilir. Nəticədə həmin ərazidə yeganə hərbi güc kimi Livan Silahlı Qüvvələri qalacaq.
Firudin Həmidli
AzVision.az