“Bu gün Parisdə biz məhz son üç ildə Ukraynadakı müharibənin alovuna daim yanacaq atanlarla qarşılaşırıq. Bunlar müharibənin tərəfində olan, Avropada yanlış sanksiyalar strategiyasını dəstəkləyən ölkələrdir. Onlar müharibənin şiddətini daim artıran ölkələrdir. Bu gün Parisdə müharibəni dəstəkləyən tərəflər birləşir, onlar sülhə, Trampa qarşıdırlar. Onlar həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün mümkün olan hər şeyi etmək istəyirlər”, - Peter Siyarto Qazaxıstanın baş nazirinin müavini və Xarici İşlər naziri Murat Nurtleu ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
![]() |
Avropa danışıqlar stolu arxasında yer "tələb" edir |
Bu acı reallıqla barışmaq istəməyən Aİ danışıqlar masa arxasında ona yer verilməsi barədə iddialar səsləndirir. Lakin uzun illərdir ki, Avropanın siyasi iradəsini cilovlamış ABŞ-nin ekssentirk lideri Donald Tramp üçün belə bəyanatların heç bir əhəmiyyət kəsb etmədiyi açıq-aydın görünür.
Sahil İsgəndərov
AzVision.az