Bayden ən çox istirahət edən prezident kimi də tarixə düşüb

   Bayden ən çox istirahət edən prezident kimi də tarixə düşüb
  17 Fevral 2025    Oxunub:926
ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Ağ Ev-də, yəni ofisindəki vaxtının 39%-ni istirahətə sərf edib.
Bu fikirlər "New York Post"da (NYP) dərc olunan məqalədəndir.

Müəllif yazıb: “82 yaşlı Bayden ölkənin müasir tarixində ABŞ-nin digər prezidentlərindən daha çox məzuniyyət götürüb. O, vəzifədə olduğu 1463 günün 577-ni və ya prezidentliyinin 39%-ni məzuniyyətdə keçirib”.

Bayden: “Heç yerə getmirəm”
Baydenə qədər Corc Buş bu mövzuda yadda qalıb. O, ən çox məzuniyyətə çıxan Amerika prezidenti imiş. Siyasətçi prezidentliyinin 37%-ni (1461 günün 543-nü) Ağ Evdən kənarda keçirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin keçmiş prezidenti başqa bir arzuolunmaz məqama görə də gündəmə gəlmişdi. "Gallup" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, Bayden ölkə sakinləri arasında ən bəyənilməyən Amerika lideri olub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   ABŞ  





Xəbər lenti