HƏMAS Qəzzada hakimiyyəti təhvil verib

   HƏMAS Qəzzada hakimiyyəti təhvil verib
  17 Fevral 2025    Oxunub:1262
HƏMAS qruplaşması Qəzza zolağının idarəsini Fələstin Muxtariyyətinə təhvil verib.
"Sky News Arabia" telekanalının məlumatına görə, HƏMAS rəhbərliyi bu barədə Fələstin Azadlıq Təşkilatına məktub ünvanlayıb. Qruplaşma məktubda diqqətə çatdırıb ki, "Qəzza administrasiyasında işləyənlərin yeni idarə sistemində də işlə təminatı" şərti ilə bu addımı atıblar.

Telekanalın məlumatlı mənbədən aldığı xəbərə görə, HƏMAS-ın könüllü razılığı qruplaşmanın Misirə göndərdiyi nümayəndə heyətinin rəsmi Qahirə tərəfindən "güclü təzyiqlə üzləşməsi" fonunda baş verib.
Ynet: "Netanyahu atəşkəsin ikinci mərhələsindən boyun qaçırır"

Digər tərəfdən, bu qərarın İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə sazişə təsir göstərməyəcəyi bildirilir. Belə ki, tərəflər arasında sazişin ikinci mərhələsi üzrə danıışıqlar bu gündən etibarən fevralın 23-dək aparılacaq. İkinci mərhələ çərçivəsində bütün əsirlərin mübadiləsi prosesi başa çatdırılacaq.

Xatırladaq ki, HƏMAS təşkilatı Qəzza zolağını 2007-ci ildən bəri de-fakto nəzarətdə saxlayırdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   Qəzza   hakimiyyət   danışıqlar  





Xəbər lenti