ABŞ Pasxaya qədər Ukraynada atəşkəs əldə etmək istəyir

   ABŞ Pasxaya qədər Ukraynada atəşkəs əldə etmək istəyir
  17 Fevral 2025    Oxunub:920
ABŞ Prezidenti Donald Trampın administrasiyası Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istəyir.
Bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb. “Tramp administrasiyası Avropa rəsmilərinə Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istədiyini bildirib", - məqalə müəllifləri qeyd ediblər.

Bir sıra rəsmilərin fikrincə, danışıqlar prosesinin tempi iddialıdır və potensial olaraq qeyri-realdır. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff bildirib ki, Amerika nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.

AzVision.az



Teqlər:





Xəbər lenti