Yanan meşəyə nə qədər ziyan dəyib?

Yanan meşəyə nə qədər ziyan dəyib?
  24 İyul 2014    Oxunub:1212
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyində baş verən yanğın tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın bu gün saat 12 radələrində tam söndürülüb.

Yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaransa ETSN-nin və FHN-nin qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub. Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

İlkin hesablamalara görə, 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Qeyd edək ki, yanğın iyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlamış, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti