Rusiya və ABŞ-də güclü zəlzələ oldu

   Rusiya və ABŞ-də güclü zəlzələ oldu
  15 Fevral 2025    Oxunub:436
ABŞ-ın Texas ştatının qərb hissəsində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, təbii fəlakətin episentri 118 minə yaxın insanın yaşadığı Odessa şəhərindən 168 km cənub-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Eyni zamanda fevralın 15-də Rusiyanın Altay Respublikasında 6,4 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Altay Respublikasında, eləcə də Altay diyarı, Kemerovo və Novosibirsk vilayətlərində hiss olunub. Bölgənin rəhbəri Andrey Turçak yüksək hazırlıq rejiminin tətbiq olunduğunu açıqlayıb. Qoş-Aqaç və Ulaqanski rayonlarında məktəblərdə dərslər dayandırılıb və kütləvi tədbirlər ləğv edilib.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti