Fransanın keçmiş baş naziri həbsdən buraxıldı

“Mən 2017-2018-ci illərdə şirkətlərdən birinə iqtisadi yardımla bağlı heç bir şəxsi marağım olmayan işdə izahat verməyə gəlmişəm”, - sabiq baş nazir bildirib.
Jandarmeriya zabitlərinin bütün suallarını cavablandırdığını deyən Jan Kasteks sakit şəkildə məhkəmə orqanlarının sərəncamında olacağına əmin edib.
İstintaq işi 2017-ci ildə Kasteks Konflan-Kaniqo icmasının rəhbəri olduğu dövrdə qəbul edilmiş maliyyə qərarları ilə bağlıdır. İş ötən il “Anticor” antikorrupsiya təşkilatının təşəbbüsü ilə başlanıb. 59 yaşlı Jan Kasteks 2020-2022-ci illərdə Fransa hökumətinin rəhbəri olub. 2022-ci ilin noyabr ayından Paris Nəqliyyat Şəbəkəsinin prezidenti və baş direktoru vəzifəsini tutur.
Sahil İsgəndərov
AzVision.az