ABŞ Hindistana "F-35"lər satacaq

   ABŞ Hindistana "F-35"lər satacaq
  14 Fevral 2025    Oxunub:546
"ABŞ Hindistana "F-35" qırıcıları satacaq, Hindistan ən müasir hərbi təyyarələrə malik elit ölkələr klubuna qoşulacaq".
Bu sözləri ABŞ lideri Donald Tramp Vaşinqtona səfərə gəlmiş Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında söyləyib. O diqqətə çatdırıb ki, ABŞ bu ildən etibarən Hindistanla hərbi sahədə ticarətini "milyardlarla dollar həcmində" artıracaq.

"F-35" hərbi təyyarələri son bir neçə ildə ABŞ-lə müdafiə sahəsində əməkdaşlığını artıran Hindistan üçün əsas qazanc sayılır. Belə ki, Vaşinqtonun bu ölkəyə indiyədək satdığı silah-sursat və texnika arasında həmin qırıcılar yox idi. Çünki Hindistanın "Rusiya istehsalı silah sistemlərindən həddən çox yararlandığı" bildirilirdi.

Adıçəkilən hərbi təyyarələri də özündə əhatələyən "Joint Strike Fighter" proqramı ABŞ-nin ən bahalı silah sistemi sayılır. Hökumət Hesabatlılığı İdarəsinin məlumatına görə, proqram 1,7 trilyon dollara başa gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Hindisan   F35  





Xəbər lenti