ABŞ Aleksandr Vinniki Rusiyaya təhvil verib

ABŞ Aleksandr Vinniki Rusiyaya təhvil verib
  14 Fevral 2025    Oxunub:528
ABŞ-də həbsdə olan Aleksandr Vinnik Rusiyaya təhvil verilib.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına enib. Vinniki daşıyan təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Fogel azad olunaraq Vaşinqtona göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti