Kiyev ABŞ-nin təkilf etdiyi sazişi öyrənəcək

Kiyev ABŞ-nin təkilf etdiyi sazişi öyrənəcək
  13 Fevral 2025    Oxunub:336
Ukrayna prezidenti Volodimir Zelenski nadir torpaq mineralları ilə bağlı ABŞ-nin Maliyyə naziri Skott Bessentin ona təklif etdiyi maliyyə sazişini imzalamayıb.
AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, dünən ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun yardımı müqabilində Ukraynanın mineral ehtiyatlarına çıxış almaq haqqında 500 milyard dollarlıq saziş layihəsini Ukraynaya gətirib.

Ukraynanın nə qədər nadir metallar ehtiyatı var?
Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, rəsmi Kiyevin sənədin təfərrüatlarını mümkün qədər tez öyrənmək istədiyini bildirib.

“Biz sənədin bütün detallarını öyrənmək üçün hər şeyi edəcəyik, Münhen Təhlükəsizlik Konfransına qədər bunu etmək üçün hər şeyi edəcəyik, çünki vaxt itirmək istəmirik. Mən hər şeyi edəcəyəm ki, məmurlar komandası indi qarşıdakı iki gün ərzində işləsin və Münhendəki razılaşmalara uyğun gələn bəzi razılaşmaları düzəltmək imkanımız olsun”, - Ykrayna mediası Zelenskinin sözlərindən sitat gətririr.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynaya saziş təklif etmişdi: ABŞ-nin nadir yeraltı ehtiyatlarına çıxış alması müqabilində Kiyevə əlavə hərbi və iqtisadi yardım göstərmək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   saziş  





Xəbər lenti