Ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Rusiya Suriya bazalarından Liviyaya qoşun və texnika daşımağa başlayıb. Xüsusilə, nəqliyyat Liviyanın cənub-şərqinə, Kirenaika və Fittssan bölgələrinə göndərilib. Bu ərazilər 81 yaşlı Xəlifə Haftar və onun oğullarının nəzarəti altındadır.
![]() |
Suriyada rusiyalı hərbçilərin keçidinə icazə verməyib |
Qeyd edək ki, iki gün əvvəl Suriyanın Müdafiə nazirliyi Rusiya hərbi müşaiyət karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Raketlərlə silahlanmış 30 maşından ibarət karvan Tartusdakı nəzarət-buraxılış məntəqəsində Suriyanın yeni hökumətinə tabe olan hərbçilər tərəfindən dayandırılıb.
Sahil İsgəndərov
AzVision.az