Britaniya qanunsuz yolla gələnlərə vətəndaşlıq verməyəcək

   Britaniya qanunsuz yolla gələnlərə vətəndaşlıq verməyəcək
  12 Fevral 2025    Oxunub:301
Böyük Britaniya qeyri-qanuni yolla gələn qaçqınlara vətəndaşlıq verməyəcək.
Yeni təlimata əsasən, istər dəniz yolu ilə, istərsə də nəqliyyat vasitələrində gizlənərək Böyük Britaniyaya qeyri-qanuni daxil olan şəxslərin vətəndaşlıq müraciətləri, keçən müddətdən asılı olmayaraq rədd ediləcək.

Bu dəyişikliklər ilk dəfə “Free Movement” bloqunda açıqlanıb, viza və immiqrasiya işçiləri üçün rəsmi təlimata daxil edilib. Yeni qaydalar 2025-ci il fevralın 10-da qüvvəyə minib.

Təlimatda qeyd olunur: “2025-ci il fevralın 10-dan etibarən, əvvəllər Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olan şəxslərin vətəndaşlıq müraciətləri keçən müddətdən asılı olmayaraq, adətən rədd ediləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti