Rumıniyanın Prezidenti istefa verib

Rumıniyanın Prezidenti istefa verib
  12 Fevral 2025    Oxunub:313
Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib.
Klaus İohannis səlahiyyətlərini dövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı İlie Bolojana təhvil verib. Mərasim Rumıniya dövlət başçısının iqamətgahı olan Kotroçen sarayının parkında keçirilib.

2014-cü ildən Rumıniya prezidenti vəzifəsini icra edən İohannis fevralın 10-da “Rumıniya və Rumıniya vətəndaşlarını böhrandan xilas etmək üçün” istefa verdiyini açıqlayıb. Prezident seçkiləri mayın 4-ü keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti