Danimarka: “Rusiya ilə müharibə təhlükəsi var”
![Danimarka: “Rusiya ilə müharibə təhlükəsi var” Danimarka: “Rusiya ilə müharibə təhlükəsi var”](https://azvision.az/photos/2025/02/NATO-1739337669.jpg)
“Rusiya təcavüz halında ABŞ-nin avropalı müttəfiqlərini dəstəkləyə bilməyəcəyi və ya dəstəkləmək istəmədiyi qənaətinə gələrsə, hərbi münaqişə ehtimalı artacaq. Bu baxımdan, Moskva NATO ilə potensial qarşıdurmaya hazırlaşaraq öz hərbi potensialını fəal şəkildə artırır”, - hesabatda iddia olunur.
DDİS-in proqnozu ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq səyləri fonunda verilir. Sənəd münaqişənin bitəcəyi və ya dondurulacağı təqdirdə hadisələrin inkişafının üç mümkün ssenarini araşdırır. Bununla belə, bütün variantlar Rusiyanın bir neçə ölkəyə qarşı eyni vaxtda müharibə apara bilməyəcəyini güman edir.
Təqdim olunan hesablamalara görə, altı ay ərzində Rusiya adı açıqlanmayan “qonşu dövlət”lə lokal silahlı münaqişəyə başlaya bilər. İki ildən sonra Baltikyanı ərazidə regional qarşıdurma mümkündür. Beş ildən sonra isə, NATO zəifləsə və ABŞ tərəfindən qətiyyətli addım atılmasa, Rusiya Avropaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər.
Eyni zamanda, hesabatda qeyd olunur ki, proqnozda NATO ölkələrinin müdafiə potensialının güləndirilməsi ehtimalı nəzərə alınmayıb.
Sahil İsgəndərov
AzVision.az