HƏMAS daha bir neçə girovu sərbəst buraxıb

HƏMAS daha bir neçə girovu sərbəst buraxıb
  08 Fevral 2025    Oxunub:339
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu Qırmızı Xaç işçilərinə təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Telekanalın məlumatına görə, 53 yaşlı Eli Sharabi, 56 yaşlı Ohad Ben-Ami və 34 yaşlı Or Levi sərbəst buraxılıb. Onların adlarını daha əvvəl İsrail baş nazirinin ofisi və Girov Ailələr Forumu təsdiqləyib.
Bunun müqabilində İsrail 183 fələstinli məhbusu azad etməlidir.

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti