Yaponiyanın Baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib

Yaponiyanın Baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib
  08 Fevral 2025    Oxunub:331
Yaponiyanın Baş naziri Siqeru İsiba ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda baş tutan ilk görüşündə ona qızıl samuray dəbilqəsi hədiyyə edib.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Belə hədiyyə verilmə ideyası hadisələri Yaponiyada cərəyan edən və ABŞ istehsalı olan “Sequn” serialının populyarlığı, həmçinin Trampın qızıla olan sevgisi fonunda yaranıb.

Hədiyyə edilən samuray dəbilqəsi Yaponiyanın “Ningyouno Hanafusa Co.” şirkəti tərəfindən hazırlanıb.

Dəbilqənin ölçüləri 57×81×48 sm və qiyməti isə 168 min yen (təxminən 1100 ABŞ dolları) təşkil edir.

Şirkətin prezidenti Tomoya Hanafusa, firmanın keçən ilin noyabrında Yaponiya Xarici İşlər Nazirliyindən qızıl samuray dəbilqəsi sifarişi aldığını, ancaq bunun yalnız xarici VIP-ə hədiyyə ediləcəyini söylədiklərini söylədi.

Xatırladaq ki, 2019-cu ildə Yaponiyanın o zamankı Baş naziri Sindzo Abe Donald Trampa mirvari qol düymələri, həyat yoldaşı Melaniyaya isə çay dəstgahı hədiyyə etmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti