Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib
  08 Fevral 2025    Oxunub:359
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib.
AzVision.az Agentliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.

Reinteqrasiya tədbirləri nəticəsində 21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.

AzVision.az


Teqlər: uşaqlar   övladlıq   himayədarlıq  





Xəbər lenti