Gürcüstan üzrxahlıq gözləyir

      Gürcüstan üzrxahlıq gözləyir
  08 Fevral 2025    Oxunub:382
Amerikanın lideri prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiya ilə bağlı sözlərindən sonra “xarici agentlər” qanununu tənqid edənlər bizim ölkədən üzr istəməlidirlər.
AzVision.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili belə bəyanatla çıxış edib.

“Şəffaflıq qanununa qarşı mübarizə aparan bütün əcnəbilərin Gürcüstan dövlətindən və gürcü xalqından üzr istəmələrinin vaxtı çatıb”, - Papuaşvili “Facebook” sosial şəbəkəsində Trampın şəklini və onun USAİD-dəki korrupsiya ilə bağlı sitatını əlavə edərək yazıb.

Gürcüstan ABŞ-dən “nümunə” götürəcək
Yeri gəlmişkən, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyasının lideri Mamuka Mdinaradze 2024-cü ilin aprelində qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanununun ABŞ-dəki FARA qanunu ilə tam eyni olması barədə təşəbbüsün irəli sürüləcəyini bildirib.

Bundan əvvəl isə, ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəsində USAID-də korrupsiyanın “görünməmiş miqyasda” olduğunu və təşkilatın bağlanmalı olduğunu yazmışdı. Fevralın 3-də ABŞ administrasiyası USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə Dövlət katibi Marko Rubio təyin edilib. USAİD ilə bağlı təşkilati nəticələr amerikalı sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   təzyiqlər   üzrxahlıq  





Xəbər lenti