Alyaskada itmiş təyyarədə olanların hamısı ölüb

Alyaskada itmiş təyyarədə olanların hamısı ölüb
  08 Fevral 2025    Oxunub:401
Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Sahil Mühafizəsinə istinadla məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Nom şəhərinə uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

Xatırladaq ki, Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, təyyarə hündürlüyün və sürətin itirilməsinə səbəb olacaq naməlum qəza yaşayıb.

AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti