ABŞ FSK-nın sədri Trampın fərmanına tabe olmayacaq

   ABŞ FSK-nın sədri Trampın fərmanına tabe olmayacaq
  07 Fevral 2025    Oxunub:300
ABŞ Federal Seçki Komissiyasının (FSK) sədri Ellen Ueyntraub onun vəzifədən azad olunması barədə prezident Donald Trampın imzaladığı bildirişi nəzərə almaq fikrində deyil.
AzVision.az xəbər verir ki, FSK sədri “X” sosial şabəkəsində belə paylaşım edib.

“Mən ABŞ prezidentindən məktub aldım ki, guya məni FSK-nın üzvü və sədri vəzifələrindən azad edib. Üzvləri dəyişdirməyin qanuni yolu var. Bu qeyri-qanuni yoldur”, - deyən xanım Ueyntraub, Trampın imzaladığı məktubun faksimilini əlavə edib.

Həmin məktubda FSK sədrinə dərhal işdən çıxarıdığı barədə məlumat verən ABŞ prezidenti xidmətinə görə ona təşəkkür edir.

Qeyd edək ki, FSK üzvlərini ABŞ prezidenti təyin edir və bu, Senat tərəfindən təsdiqlənir. Qaydalara görə, prezident onun əvəzini irəli sürməmiş və Senat bunu təsdiqləməmiş komissiya üzvü vəzifəsindən azad edilə bilməz. FSK hər biri Demokratlar və Respublikaçılar partiyasından üç nəfər olmaqla altı nəfərdən ibarətdir. Sədr vəzifəsi rotasiya yolu ilə keçir.

Demokratlar partiyasının üzvü olan Ueyntraub keçən ay FSKC sədri vəzifəsini tutub. Onun sözlərinə görə, Ağ Evin ondan yaxa qurtarmaq istəməsinin səbəbi ABŞ prezidentinə qarşı şikayətlərlə bağlı FSK tərəfindən heç vaxt baxılmayan çoxsaylı çıxışlardır, çünki komissiyanın hər üç respublikaçı üzvü buna qarşı çıxıb.

Ağ Ev FSK sədrinin bəyanatına hələ ki, reaksiya verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   FSK   qalmaqal  





Xəbər lenti