Braziliyada təyyarə avtobusa çırpılıb: ölənlər var - VİDEO

   Braziliyada təyyarə avtobusa çırpılıb:    ölənlər var - VİDEO
  07 Fevral 2025    Oxunub:353
Braziliyada faciəvi təyyarə qəzası baş verib.
GB News-un yaydığı məlumata görə, San-Paulu şəhərində təyyarə içində sərnişinlər olan avtobusun üstünə düşüb.

"Hadisə yerli vaxtla səhər saat 7:20 radələrində Barra Fundadakı Markes San-Visente prospektində baş verib. Qəza böyük yanğına səbəb olub", - məlumatda deyilir.

Sosial mediada yaylan görüntülərdə təyyarənin yanıb kül olması əks olunub. Qəza yerinə helikopter və fövqəladə hallar xidmətinin əməkdşları cəlb edilib.
Məlumata görə ən açı 2 nəfər ölüb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Braziliya  





Xəbər lenti