"Mərkəz" qoşun qrupu 1 həftəyə 3720-dən çox əsgər öldürüb

"Mərkəz" qoşun qrupu 1 həftəyə 3720-dən çox əsgər öldürüb
  07 Fevral 2025    Oxunub:290
Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiyanın “Mərkəz” qruplaşmasının nəzarət etdiyi ərazilərdə bir həftəyə 3720-dən çox əsgər, 4 tank və 29 zirehli döyüş texnikası itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

FSB üç regionda əməliyyat keçirdi: Ukrayna agentləri saxlanılıb
“Mərkəz” qoşun qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin iki ağır, yeddi mexanikləşdirilmiş, iki gözətçi, aviasiya, motoatıcı briqadaları, dəniz piyadaları briqadası, Milli Qvardiyanın iki briqadası və Ukrayna Milli Polisinin “Lyut” hücum briqadasından ibarət bölmələrinə ağır itkilər yaşadıblar",- məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti