Alyaska səmasında təyyarə itib

Alyaska səmasında təyyarə itib
  07 Fevral 2025    Oxunub:344
ABŞ-nin Alyaska ştatında içərisində 9 sərnişin və 1 pilot olan təyyarə yoxa çıxıb.
AzVision.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının sosual şəbəkədə paylaşdığı məlumatda belə deyilir.

“Bering Air təyyarəsinin itməsi ilə bağlı xəbərə reaksiya veririk. Təyyarədə on nəfər var idi və “Cessna Karvan” təyyarəsi Unalaklitdən Noma uçurud”, - ştatın qərb hissəsindəki Syard yarımadasının cənub sahilində yerləşən Nom şəhərindəki könüllü yanğınsöndürmə idarəsi bildirib.

Təyyarəni yerdə aktiv şəkildə axtarırlar, lakin hava şəraiti və görmə qabiliyyətinə görə havadan axtarış imkanları məhduddur.

Axtarış-xilasetmə əməliyyatında Milli Qvardiya, Sahil Mühafizəsi və Ordu iştirak edir. Sahil Mühafizəsinin C-130 təyyarəsi, görmə qabiliyyətinin aşağı olduğu şəraitdə insanların yerləşməsinə kömək etmək üçün xüsusi avadanlıqla Nom bölgəsinə gəlib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Alyaska   təyyarə   itkin  





Xəbər lenti