Viktor Orban: “Macarıstana güclü təzyiqlər göstərilib”

      Viktor Orban:    “Macarıstana güclü təzyiqlər göstərilib”
  07 Fevral 2025    Oxunub:393
ABŞ və Avropa İttifaqının (Aİ) daimi təzyiqi altında olan Macarıstan Qərb üçün “pis qoyun” idi.
AzVision.az bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban belə bəyanat verib. Macarıstan hakimiyyəti bundan əvvəl də Ukraynanın Aİ-yə üzvlüyünə mane olmaması və sanksiyaların müddətini uzatması üçün Budapeştə təzyiqlər göstərildiyini açıqlayıb.

“10 milyon əhalisi olan ölkə kənardan böyük təzyiq hiss edəndə yaşaya bilməz. Biz Qərbin “pis qoyunları” idik. Demokratlar miqrasiya, gender problemləri və Ukrayna ətrafındakı vəziyyət kimi məsələlərdə əks mövqelərimizə görə bizə nifrət edirdilər”, - Macarıstanın Baş naziri vurğulayıb.

Onun fikrincə, ABŞ-də prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət sürətlə dəyişib. Baş nazir ölkələr arasında iqtisadi-siyasi əlaqələrin genişləndirilməsinə ümidvar olduğunu bildirib.

Viktor Orbanın sözlərinə görə, Aİ-nin rəsmi mövqeyi Budapeşti Rusiyanı təcavüzkar kimi tanımağa vadar etməkdir.

- Qiymətləndirməni tarixçilərin öhdəsinə buraxaq. Mən siyasətçiyəm və bizim Aİ-də qərarımız var. Bu, məni Rusiyanın təcavüzündən danışmağa məcbur edir”, - Macarıstanın Baş naziri deyib.

Bununla belə, Macarıstan yanvarın sonunda anti-Rusiya məhdudiyyətlərinin uzadılmasına yenidən razılıq verib. Halbuki, Orban əvvəlcə onları ləğv etməyə çağırırdı. Lakin bu razılıq qarşılığnda o, Ukraynanın bir neçə şərti yerinə yetirməsi tələbini qoyub: Rusiya qazının tranzitini bərpa etmək; “Türk axını” infrastrukturuna hücum etməmək; Rusiya neftinin öz ərazisi ilə Avropaya nəqlinə mane olmamaq.

Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Avropa Komissiyasının (AK) anti-Rusiya sanksiyalarının uzadılması ilə bağlı səsvermədən əvvəl Budapeştin tələb etdiyi enerji təhlükəsizliyinə zəmanət verdiyini bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə neft tədarükünü saxlamaq üçün Ukraynadan zəmanət almağa çalışır.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: Orban   Qərb   təzyiqlər  





Xəbər lenti