ABŞ rusiyalı oliqarxlara “sərbəstlik” verdi

ABŞ rusiyalı oliqarxlara “sərbəstlik” verdi
  07 Fevral 2025    Oxunub:381
Donald Tramp rus oliqarxlarına qarşı mübarizə aparan işçi qrupunu ləğv edib.
AzVision.az xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, ABŞ-nin Ədliyyə nazirliyi Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra sanksiyaların tətbiqi və Kremlə yaxın oliqarxların mühakimə olunması üçün başlatdığı səyləri dayandırır.

ABŞ-nin yeni Baş prokuroru Pam Bondinin icra əmrlərinin birində “KleptoCapture” işçi qrupunun fəaliyyətinin maliyyə dəyişikliyinin bir hissəsi kimi mərhələli şəkildə dayandırılacağı deyilir.


Co Bayden adminsitrasiyasının səyləri Rusiya prezidenti Vladimir Putinin zəngin tərəfdaşlarının maliyyəsini cilovlamaq, sanksiyalara və ixraca nəzarəti pozanları cəzalandırmaq məqsədi daşıyırdı.

Bu, eyni zamanda, Rusiyanı qlobal bazarlardan sıxışdırmaq və Ukraynadakı müharibənin beynəlxalq səviyyədə pisləndiyi bir vaxtda Moskvaya qarşı tətbiq edilən sanksiyaların tətbiqi üçün daha geniş səylərin bir hissəsi idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   oliqarxlar  





Xəbər lenti