Ukrayna məşhur şaxtanı niyə partladıb?

   Ukrayna məşhur şaxtanı niyə partladıb?
  20 Yanvar 2025    Oxunub:495
Ukraynada gərgin döyüşlər davam edir. TASS-ın yaydığı məlumata görə, strateji əhəmiyyətli şaxta sıradan çıxarılıb.
Qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin bildirib ki, Ukrayna qoşunları Krasnoarmeysk istiqamətində geri çəkilərkən Belitskaya şaxtasını partladıblar.

Ukraynada döyüşən məşhur rus rahib öldürüldü
"Düşmən "DXR"i öz torpağı saymırdı bu gün də buranı öz ərazisi hesab etmir. Onlar yaşayış məntəqələrindən geri çəkilərkən ərazilərə ziyan vurmağa çalışırlar. Bizdə Krasnoarmeysk yaxınlığındakı Belitskoye qəsəbəsində olan şaxtanın partladılması haqda məlumat var", - Puşilin strateji obyektin məhv edilməsindən gileylənib.

Onun fikrincə, Ukrayna hərbçiləri bütün bunları məqsədli şəkildə edirlər. Kiyev Rusiya hakimiyyətinə müəssisələrin bərpasını və Kremlin yeni zəbt edilmiş torpaqlarda mülki əhalini lazım olan strateji məhsullarla təmin etməsini çətinləşdirmək üçün ziyan vurur.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti