UNICEF: "Qəzzada uşaqların mənəvi yardıma ehtiyacı var"

   UNICEF:    "Qəzzada uşaqların mənəvi yardıma ehtiyacı var"
  20 Yanvar 2025    Oxunub:378
"Qəzza zolağına humanitar yardım göstərilməsi istiqamətində qarşıda çox böyük problemlər durur".
Bu sözləri "Al Jazeera" xəbər agentliyinə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Rosalia Bollen deyib. O vurğulayıb ki, Qəzzada uşaqların çətinliklərdən, məhrumiyyətlərdən xilası üçün "atəşkəs kifayət deyil".

"Qəzzada uşaqlara maddi yardımdan ziyadə mənəvi dəstək lazımdır. Onların ehtiyacı yalnız yük maşınlarında gətirilən yardım deyil. Bu uşaqlar gördükləri şeylərə görə çox ağır travma keçirməkdədirlər", - xanım sözçü bildirib.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO

Xatırladaq ki, gecə saatlarında İsrail və HƏMAS qruplaşması arasında əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib. Eyni zamanda, atəşkəs nəticəsində hərbi əməliyyatların dayanması fonunda Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağına 630 yük maşını həcmində humanitar yardım göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   uşaqlar  





Xəbər lenti