Tramp şahzadə Harrini ABŞ-dan deportasiya edə bilər

Tramp şahzadə Harrini ABŞ-dan deportasiya edə bilər
  18 Yanvar 2025    Oxunub:369
Tramp yaxın aylarda şahzadə Harrini deportasiya edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Heritage Foundation analitik mərkəzinin nümayəndəsi Niall Qardiner məlumat verib.

Bu bəyanatın əsasında 2023-cü ilin may ayında Heritage Foundation tərəfindən şahzadə Harrinin immiqrasiya sənədlərinin açıqlanması tələbi ilə qaldırdığı iddia durur.

Mərkəz Harrinin narkotik istifadəsini qəbul etməsi fonunda Britaniya monarxının oğlunun ABŞ-dakı qanuniliyini şübhə altına alır.

Qardinerin sözlərinə görə, məhkəmə qərarına baxmayaraq, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin lazımi sənədləri təqdim etməkdən imtina etməsi Trampın qəzəbinə səbəb olub. Ekspert əmindir ki, bu sənədlərin dərci və sonradan şahzadənin ərizəsində yalan məlumatların təsdiqlənməsi onun deportasiyası ilə nəticələnəcək.

Çünki Tramp artıq bu cür tədbirlər görmək niyyətini açıq şəkildə bəyan edib.

Qardiner qeyd edib ki, ABŞ-da narkotik istifadəsinə yol verilməsi deportasiya üçün əsas ola bilər.

Şahzadə Harri hələ 2001-ci ildə The US Sun-a verdiyi müsahibədə narkotikdən istifadə etdiyini etiraf etmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti