Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı

Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
  11 Yanvar 2025    Oxunub:348
Fransa Çadın Abeşe bazasından öz qoşunlarının çıxarılmasını başa çatdırıb. Dünən bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb.
AzVision.az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Məlumata görə, baza Çad Silahlı Qüvvələrinin sərəncamına keçib.

29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə sazişinin ləğv edildiyini elan edib və dekabrın 20-də bütün hərbçilərin 31 yanvar 2025-ci ilədək ölkə ərazisindən çıxarılmasını tələb edib. Əvvəlcə Çadı fransız
qırıcıları, sonra isə 1960-cı ildə müstəqillik əldə etdiyi vaxtdan bu ölkədə daimi olaraq yerləşdirilmiş kontingentdən ilk 120 hərbçi tərk edib. Son vaxtlar Çadda paytaxt Ncamenada, Faya-Larjoda və Abeşedə yerləşən üç bazada təxminən 1 000 franslı hərbçi qalmışdı.

Çad hakimiyyətini, eləcə də fransız hərbçilərinin çıxarılmasını tələb edən Qərbi Afrikanın digər keçmiş müstəmləkələri Mali və Nigeri Parisin təhlükəsizliyi təmin etməkdən daha çox regionda öz mövqelərini qorumağa çalışması qane etmirdi.

Çadın Baş naziri Allamay Halinanın sözlərinə görə, Ncamenanın Fransa ilə hərbi əməkdaşlığa son qoymaq qərarı "cəsarətli və vətənpərvər" qərardır və Çad xalqı bunu çoxdan gözləyirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti