İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edəcək

İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edəcək
  11 Yanvar 2025    Oxunub:295
"Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir".
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, iki gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Təkliflərdən biri də məhz ATƏT-in Minsk qrupunun ləğvi olub.

Minsk qrupunun ləğvi Ermənistanla sülh üçün Azərbaycanın əsas tələblərindən biridir.
AzVision.az



Teqlər:





Xəbər lenti