Konqresin Qanunvericilik Bülleteninə əsasən, qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi və əlavə olaraq Məhkəmə-Hüquq Komitəsi tərəfindən nəzərdən keçiriləcək.
“ABŞ Bidzina İvanişvilinin və ya onun müttəfiqlərinin başçılıq etdiyi heç bir Gürcüstan hökumətini tanımamalı və ya onunla münasibətləri normallaşdırmamalıdır”, - təqdim olunan qanun layihəsində vurğulanır.
|
| Salome Zurabişvili Amerikada iş tapıb |
Qanun layihəsini qəbul etmək üçün onun əvvəlcə Nümayəndələr Palatasında, sonra isə ABŞ Konqresinin Senatında təsdiqi tələb olunur. Sonuncu mərhələdə isə sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


