ABŞ-də Meksika körfəzinin adının dəyişdirilməsi təklif olunacaq

ABŞ-də Meksika körfəzinin adının dəyişdirilməsi təklif olunacaq
  08 Yanvar 2025    Oxunub:388
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor Qrin Meksika körfəzinin adının dəyişdirilərək Amerika Körfəzi qoyulması üçün qanun layihəsi təqdim edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, amerikalı konqresmen xanım “X” sosial şəbəkəsində belə paylaşım edib.

“Komandama qanun layihəsi hazırlamağı tapşırmışam. Qanunvericilik Şurası və mən artıq qanun layihəsinin mətnini hazırlamışıq və cümə axşamı (yanvarın 9-da) səhər ilk növbədə onu təqdim etməyə hazırıq”, - Marcori Teylor Qrin yazıb.

ABŞ Konqresinin hər iki palatası qanun layihəsini dəstəkləsə, federal qurumların rəhbərlərindən 180 gün ərzində bütün xəritələrdə körfəzin adını yeniləmələri tələb olunacaq.

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Meksika körfəzinin adını Amerika Körfəzi adına dəyişmək niyyətində olduğunu bildirib. Daha əvvəl isə o, gələcək planlarına Kanada və Meksikadan malların idxalına “çox əhəmiyyətli” tariflərin tətbiq edilməsinin daxil olduğunu açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Meksika   körfəz   ad  





Xəbər lenti