Pentaqon Kiyevi 2027-ci ilə qədər silahlandırmağa hazırlaşır

   Pentaqon Kiyevi 2027-ci ilə qədər silahlandırmağa hazırlaşır
  08 Yanvar 2025    Oxunub:501
Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi məsələri üzrə təmas qrupunun rəhbərlərinin görüşü keçiriləcək. Məqsəd Ukrayna Silahlı Qüvvələrinin (VSU) 2027-ci ilə qədər hərbi ehtiyaclarını müəyyən etmək və təsdiqləməkdir.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

Rusiya ilə müharibə başlasa, "Ramştein" NATO-nun ən zəif nöqtəsi olacaq
Məlumatda qeyd edilib ki, toplantı zamanı Ukraynanın hərbi hava qüvvələri, zirehli texnika, artilleriya, minalardan təmizləmə, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi sahələrinə aid ehtiyacları da açıqlanacaq.

Rəsmilər hərbi donorların gələcəkdə Kiyevə yardımı daha rahat göndərə bilmələri üçün xüsusi yol xəritələrinin hazırlanmasını planlaşdırırlar. ABŞ Müdafiə Nazirliyi əmindir ki, görülən tədbirlər sayəsində yeni seçilmiş prezident Donald Tramp idarəçiliyi rəsmən ələ aldıqdan sonra da Ukraynaya dəstək davam edəcək.

Qeyd edək ki, koalisiyanın Ukrayna üzrə 25-ci iclası yanvarın 9-na planlaşdırılıb. Bu, Pentaqonun hazırkı rəhbəri Lloyd Ostin üçün sonuncu iclas olacaq. Mühüm tədbirdə Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ramşteyn   Ukrayna   Pentaqon  





Xəbər lenti