Blinkenə "Fəxri legion" veriləcək

   Blinkenə "Fəxri legion" veriləcək
  08 Yanvar 2025    Oxunub:410
ABŞ Dövlət katibi Antoni Blinken Fransanın ən yüksək ləyaqət nişanı sayılan "Fəxri legion" ordeni ilə təltif olunacaq.
"Beynəxalq Fransa" radiosunun məlumatına görə, Blinken ordeni almaq üçün Parisə yollanacaq. Bu onun öz vəzifəsi dövründə sonuncu səfəri kimi yadda qalacaq. Dövlət katibinə "Fəxri legion"u Fransa Prezidenti Emmanuel Makron təqdim edəcək. O, sözügedən ordenə 2021-ci ildən bəri ABŞ-Fransa münasibətlərinə verdiyi töhfələri səbəbi ilə layiq görülüb.

ABŞ-nin baş diplomatı həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşərək, Yaxın Şərqdəki, xüsusilə Suriyadakı cari vəziyyətlə bağlı müzakirələr aparacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Fransa   Fəxri-Legion  





Xəbər lenti