Kursk döyüşləri ilə bağlı dəhşətli statistika

Kursk döyüşləri ilə bağlı dəhşətli statistika
  07 Yanvar 2025    Oxunub:481
Ukrayna Silahlı Qüvvələrinin (VSU) son sutkada Kursk vilayətində 325-dən çox hərbçi itirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna üçün bədbin proqnoz
Qeyd edilib ki, canlı qüvvə ilə yanaşı 10 tank, bir piyada döyüş maşını, bir zirehli transportyor, 11 zirehli texnika və digər hərbi texnikalar da məhv edilib.

Nazirliyin bəyanatında o da vurğulanıb ki, indiyə qədər Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 49 830-dək hərbi qulluqçusunu itirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti