Kiyev xaricdəki 25-30 milyon ukraynalını ölkəyə qaytarmaq istəyir

Kiyev xaricdəki    25-30 milyon    ukraynalını ölkəyə qaytarmaq istəyir
  07 Yanvar 2025    Oxunub:463
Ukrayna hökuməti məcburi tədbirlərə əl atmadan ölkənin xaricdəki vətəndaşlarını geri qaytarmaq niyyətindədir.
AzVision.az bildirir ki, Ukraynanın Milli Həmrəylik nazirliyinin rəhbəri Aleksey Çernışov belə bəyanat verib.

“Xaricdə bizim 20-25 milyon vətəndaşımız var, hesablamalarımıza görə, Ukraynada təxminən 32 milyon var və biz ukraynalıların evlərinə qaytarılması prosesinə başlayırıq. Dərhal demək istərdim ki, geri qayıtma yalnız könüllüdür, heç bir məcburi tədbir olmayacaq”, - ukraynalı nazir milli telemarafonda deyib.

Lakin Çernışov bu istiqamətdə konkret hansı addımların atıldığını açıqlamayıb. Daha əvvəl Qərb mediası ötən il dekabrın əvvəlində yaradılan Milli Həmrəylik nazirliyinin Avropanı Avropa İttifaqındakı ukraynalılara yardımı dayandırmağa və hərbi xidmətə cəlb olunanların konsulluq xidmətlərindən məhrum edilməsinə çağırdığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ukraynalılar   xaricdə   qayıtmaq  





Xəbər lenti