Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
  07 Yanvar 2025    Oxunub:411
Yaponiyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə TASS Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.

Tibet zəlzələsində ölənlərin sayı 53-ə çatıb
Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Sakit okeanın ucqar Tori adaları ərazisində, ocağı isə 420 km dərinlikdə yerləşib.

Bundan əlavə, tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, yanvarın 7-də səhər Tibetdə də zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 7,1 bal olub. Baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Yaponiya   zəlzələ  





Xəbər lenti